RU

Rusiya Avropanı bir neçə həftəyə işğal edər - Blumberq

Hücuma məruz qalacağı təqdirdə Avropanın müdafiə ehtiyatları ABŞ-ın dəstəyi olmadan qısa zaman ərzində tükənə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Hücum baş verərsə, Avropada silah-sursat ehtiyatı bir neçə günə tükənə bilər, yenidən silahlanma isə illər çəkər. Avropa rabitə, kəşfiyyat və logistika, eləcə də NATO daxilində strateji hərbi liderlik və atəş gücü baxımından ABŞ-a çox etibar edir. Qitənin qoşun, hava hücumundan müdafiə sistemləri və sursat çatışmazlığı olan ön müdafiə xətti ABŞ olmadan Rusiyanın qarşısını maksimum bir neçə həftəlik ala bilər”, - agentlik bildirib.

Qeyd olunub ki, son 30 il ərzində NATO-nun əsas Avropa üzvləri aktiv qoşunlarının sayını təxminən 50% azaldıblar. Hazırda Yunanıstandan İslandiyaya qədər NATO-ya üzv ölkələrin 1,5 milyona yaxın aktiv hərbi qulluqçusu var.

Избранный
12
4
axar.az

5Источники