RU

Enerji səmərəliliyi yalnız enerji resurslarından qənaətli istifadə deyil, həm də... - Sadiq Qurbanov

Təqdim olunan qanun layihəsinin məram və məqsədi ölkə başçısı tərəfindən prioritet kimi irəli sürülən enerji resurslarından səmərəli istifadə, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi və bu kimi məqsədlərə xidmət edir. Qeyd edim ki, bu istiqamətdə kompleks irimiqyaslı işlər görülür. Bu işlər eyni zamanda qanunvericilik, institusional, təşkilati və sair istiqamətləri əhatə edir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamenin bu gün keçirilən iclasında bildirib. 

Komitə sədri “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə müzakirələrdə bildirib ki, qanun layihəsi həmin kompleks işlərin yalnız bir hissəsidir. Enerji səmərəliliyi məsələsi bir neçə gün öncə - fevral ayının 3-də hörmətli sədrimizin dəstəyi və tövsiyəsi ilə komitəmizin təşkilatçılığı ilə keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə aidiyyəti qurumların və bu sahədə tanınmış ekspertlərin iştirakı ilə ətraflı müzakirə olundu. Enerji səmərəliliyi yalnız enerji resurslarından qənaətli istifadə deyildir, o iqtisadi inkişaf, həm də ekoloji davamlılıq baxımından olduqca aktual və strateji əhəmiyyət kəsb edir. Hal-hazırda bütün dünyada enerjinin səmərəli istifadəsi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi üçün təməl prinsiplərdən hesab olunur. İctimai müzakirədə qeyd edildiyi kimi enerjidən səmərəli istifadənin üstünlükləri ən müxtəlif sahələri təsir edir. Bunlardan bəzilərini qeyd etmək istəyirəm:
İqtisadi faktor: yeni istehsal güclərinin yaradılmasına tələbatın azaldılması, son nəticədə bu sahəyə qoyulacaq investisiyanın digər prioritet sahələrə yönəldilməsi imkanı, iqtisadiyyatda rəqabət qabiliyyətinin güclənməsi, məhsulların, xidmətlərin maya dəyərinin azalması;
ekoloji faktor: ekoloji balansın qorunması, təbii resursların səmərəli idarə olunması, ətraf mühitə atılan tullantıların azaldılması;
sosial faktor: istehlakçıların enerjiyə sərf etdiyi xərclərin azalması.

Komitə sədri vurğulayıb ki, enerjidən səmərəli istifadə özü enerjinin yeni bir mənbəyi kimi çıxış edir: "İctimai müzakirənin keçirilməsinə verdiyiniz dəstəyə görə bir daha dəyərli Sahibə xanım sizə öz adımdan, komitəmiz adından minnətdarlığımı bildirirəm. Qeyd edim ki, közərmə lampalarının istehsalının, satışının və idxalının qadağan olunması barədə məsələ də bu fəaliyyətin tərkib hissəsidir və enerji səmərəliliyinin bütün məqsədləri ona da şamil edilir."

Избранный
16
ikisahil.az

1Источники