RU

Tələsdi, çox tələsdi

Hələ bir müddət əvvəl «Sabah»ın baş məşqçisi Vasili Berezutskinin Premyer Liqa ilə bağlı verdiyi açıqlama yadınızdadır yəqin. Əsas fikri ölkə kubokuna yönəltdiklərini demişdi.
«Sabah» hazırda rusiyalı çalışdırıcısının bu sözlərinin əziyyətini çəkir. Məncə də, bu, çox uğursuz və yerində olmayan açıqlama idi.
Baş məşqçisinin mövqeyi ilə tanış olan futbolçuların Premyer Liqaya köklənmə faizi xeyli aşağı düşüb. Çempionatı ikinci sırada görürlər.
Mövsümün başa çatmasına xeyli var hələ. Mayın sonunadək olan vaxt kifayət qədər böyük müddətdir. Berezutski o açıqlamanı dilinə gətirməklə komandasının iki «cəbhə»də maksimum dərəcədə irəliləmək perspektivinə kölgə saldı.
Təcrübəsizlik, yenə də təcürbəsizlik. Berezutski baş məşqçi ilk iş yeri olan «Sabah»ı, futbolçularının potensialını düzgün qiymətləndirmədi. Liqada «Turan Tovuz»a çatacaqlarına, heç olmasa, dördüncü yerə tutacaqlarına inamsız yanaşdı. Berezutiskinin açıqlaması, sözsüz ki, hakimlərin də qulağına çatıb. Bir növ, onları da rahatlandırıb. «Əşşi, bunlar Premyer Liqada yuxarı yerlərə iddia etmirlər, biz işimizdə olaq, başlarına «oyun» açaq» yanaşması ilə «Sabah»ın oyunlarına çıxırlar. «Sabah»a qarşı artan hakim səhvlərinin bir gerçək səbəbini də bunda axtaraq.
Berezutski tələsdi, çox tələsdi.

ELXAN

Избранный
13
sportinfo.az

1Источники