RU

Sahibkarlar bu ayının vergilərini daha erkən ödəyəcək

Azərbaycanda vergi ödəyiciləri mart ayında vergi öhdəliklərini daha erkən yerinə yetirmələri barədə məlumatlandırılıb.

KONKRET.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, mart ayında iş günlərinin sayının az olması ilə əlaqədardır.

Məlumatda bu ilin 20 mart tarixindən ardıcıl 12 gün qeyri-iş günü kimi müəyyən edildiyi və mart ayının 19-nun bu ay üçün son iş günü hesab edildiyi xatırladılıb.

DVX mart ayında iş günlərinin az olmasını nəzərə alaraq, dövlət büdcəsinə vergi və sosial ayırmalar üzrə daxilolmaların ahəngdarlığının təmin edilməsi məqsədi ilə cari ilin mart ayı üzrə bütün vergi və sosial ayırmalar üzrə öhdəliklərini 16 mart tarixinədək yerinə yetirmələrini vergi ödəyicilərindən xahiş edib.

Избранный
4
5
konkret.az

6Источники