"Hazırda bölgədə və dünyada gedən siyasi və geosiyasi proseslər fonunda Qafqazda Azərbaycan və Türkiyə münasibətlərinin yeni mərhələdə inkişaf etməsi real və məntiqlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.
Onun sözlərinə görə, son 20 ildir ki, hər iki dövlət arasında siyasi, iqtisadi sosial və İkinci Qarabağ müharibəsindən sonra isə hərbi sahədə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir: "Buna təsir edən edən amillər kimi iki ölkə arasında milli, dini, tarixi və coğrafi oxşarlıqla yanaşı iki ölkə liderinin siyasi iradəsi də, mühüm faktor kimi çıxış edir. Xüsusilə, II Qarabağ müharibəsindən sonra yeni mərhələnin Şuşa bəyannaməsi ilə başlaması və hazırda Naxçıvanın enerji təminatı layihəsi ilə davam etməsi onu deməyə əsas verir ki, hər iki dövlət bölgədə sülhə və inkişafa əsaslanan siyasəti dəstəkləməkdə davam edəcəklər. Hazırda bölgədən kənarda qaynar münaqişə ocaqlarının baş verdiyi halda Qafqazda və Türkiyənin nüfuz dairəsinə daxil olan ərazilərdə sülhə və yenidən qurmaya əsaslanan işlər həyata keçirilir. Qarabağ iqtisadi rayonunun yenidən qurulması və ya Suriyanın yenidən şəkilləndirilməsi prosesində Azərbaycanın bu işə cəlb olunması buna bariz nümunədir. Qeyd olunan faktlarla yanaşı, enerji diplomatiyasında Azərbaycanın artan nüfuzu və Türkiyənin bölgədə bu istiqamətdə olan rolu da eynilə yuxarıda qeyd olunan ümumi fikirlərə əsaslanır. Naxçıvanın enerji mənbəyi olan qazla təmin olunması həm iqtisadi həm də siyasi-starteji addımdır. Uzun illər blokada şəraitində qalan Naxçıvan bundan sora qardaş dövlətin dəstəyi ilə bu problemi aradan qaldıracaq. Eyni zamanda məhz bu məsələdə Azərbaycana təzyiq etmək istəyən tərəflər də birdəfəlik neytrallaşdırıldı. Bu layihə Azərbaycana əlavə kart blank vermiş oldu. Türkiyə bu addımla Azərbaycan üçün starteji cəhətdən real alternativin olduğunu göstərdi. Yaxın gələcəkdə Qafqazda və bölgədə istənilən yeni layihələr icarsı və mümkün ola biləcək təhdidlər yalnız və yalnız Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin süzgəcindən keçməli olacaq. Hər iki dövlətin milli çaraqları və təhlükəsizliyi bir-biri ilə ciddi bağlarla əlaqəlidir və bölgə üzrə tam şəkildə uyğunlaşır. Bu isə həm Azərbaycana, həm də Türkiyəyə birlikdə olmaqla yanaşı, ayrılıqda da real siyasi aktor kimi çıxış etmək imkanları verir. Bu yalnız ciddi razılaşmanın və etimada əsaslanan planaşdırmanın olduğu dövlətlər arasında mümkündür ki, bunun da ən bariz nümunəsi Azərbaycan və Türkiyə ola bilər".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта