RU

Avropanın hərbiləşməsi Moskva üçün təhlükə kimi qiymətləndirilir -ANALİTİK

Avropa İttifaqı özünü Rusiyanın düşməni kimi göstərir, ona görə də onun hərbiləşdirilməsi ilə bağlı müzakirələr Moskvada narahatlıq doğura bilər.
Bunu brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz görürük ki, Avropa İttifaqı hazırda Aİ-nin militarizasiyası, müdafiə seqmentinin inkişafı mövzusunu çox fəal müzakirə edir. Bu bizim diqqətlə izlədiyimiz prosesdir, çünki Avropa İttifaqı Rusiyanı özünün əsas rəqibi kimi mövqeləndirir. Bütün bu hərbiləşdirmə, əsasən, Rusiya Federasiyasına qarşı baş verir. Bu, əlbəttə ki, potensial olaraq bizim üçün dərin narahatlıq doğuran mövzu ola bilər", - Kreml rəsmisi vurğulayıb.
Qeyd edək ki, Aİ rəhbərliyi dünən birliyin iqtisadi mahiyyətini bəyan edən və əvvəllər ön plana çıxarılmayan hərbi komponentini inkişaf etdirmək planlarını açıqlayıb. Avropa Komissiyasının sədri Ursula Von der Leyen Aİ ölkələrinə 800 milyard avro dəyərində yenidən silahlanma planı və hərbi xərclərin 1,5% artırılmasını təklif edib. Təklif kapital bazarlarından borc almağı və Avropa Komissiyasının bu vəsaitləri silah almaq şərti ilə birlik ölkələrinə borc verməsini nəzərdə tutur. Mətbuatda yayılan məlumatlara görə, Avropa Komissiyasının təklifi Aİ sammitində təsdiqlənib.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a bildirib ki, Rusiya və Avropa İttifaqının (Aİ) bir-birinə düşmən tərəflər kimi yanaşması hamıya məlumdur:

"Ukraynada gedən müharibə faktiki olaraq NATO ilə Rusiyanın dolayısı ilə, bəzən isə birbaşa toqquşmasıdır. Bu səbəbdən Aİ-nin öz hərbi potensialını gücləndirmək cəhdləri başadüşüləndir. Avropa dövlətləri Rusiyadan və gələcəkdə yarana biləcək digər potensial təhlükələrdən müdafiə mexanizmi formalaşdırmağa çalışırlar.
Eyni zamanda Ukraynada baş verən hadisələr Avropa ölkələrində ciddi narahatlıq yaradır. Çünki Rusiya Ukraynadan sonra öz təsir dairəsini genişləndirmək məqsədilə regionda daha yaxın Avropa dövlətlərini hədəf ala bilər. Bu risklər fonunda Aİ-nin 800 milyard dollarlıq hərbi büdcə formalaşdıraraq müdafiə imkanlarını genişləndirməyə çalışdığı bildirilir.
Bu vəziyyət, öz növbəsində, Rusiyanın da ciddi narahatlığına səbəb olur".

Şərhçinin sözlərinə görə, Avropanın bu şəkildə hərbiləşməsi bölgədəki gərginliyi daha da artırır və Moskva üçün təhlükə kimi qiymətləndirilir:
"Digər tərəfdən, tərəflər arasında gərginliyin pik həddə çatması təkcə Avropa üçün deyil, bütün dünya üçün risk yaradır. Ona görə də hər iki tərəfin müəyyən anlaşmaya gəlməsi daha məqsədəuyğun olardı.
Ümumilikdə, bu proseslər göstərir ki, yaxın gələcəkdə daha ciddi və mürəkkəb geosiyasi hadisələrin şahidi ola bilərik".
Избранный
46
48
sherg.az

10Источники