RU

“Gəncə”nin yeni transferi: “Hədəflərim klubun istəkləri ilə eynidir”

“Məni Gəncədə olduqca xoş qarşıladılar. Qonaqpərvərlik göstərdilər, məmnun qaldım”.

İdman.biz xəbər verir ki, bunu "Gəncə"nin basketbolçusu Malek Deyvis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Komandanın yeni transferi bildirib ki, gəldiyi ilk gündən ona göstərilən münasibətdən çox razı qalıb: “Baş məşqçimizlə bura gəlməmişdən öncə telefon söhbətimiz olmuşdu. İlk danışığımız əla keçdi. O, komandanın vəziyyətindən bəhs edib, məndən gözləntilərini ortaya qoydu. Bu, mənim “Gəncə”yə keçidimdə həlledici rol oynadı”.

Malek komandanın qarşısına qoyulan hədəfdən də danışıb: “İddialıyıq, hər oyuna meydana qələbə üçün çıxırıq. Mənim hədəflərim klubun istəkləri ilə eynidir. Məqsədimiz uğur qazanmaqdır”.

ABŞ-dən olan basketbolçu Azərbaycan çempionatı ilə bağlı müəyyən informasiyaya malik olduğunu bildirib: “Burada çıxış edən həmyerlilərim var. Ölkənizə gəlməmişdən öncə dostluq münasibətində olduğum oyunçulardan liqanın səviyyəsi barədə sorusmuşdum. Deyildiyi kimi, güclü yarışdır. Rəqabət var, mübarizə yüksəkdir. Oynadığım ilk matçda da bunun şahidi oldum”.

İdman.biz

Избранный
19
2
idman.biz

4Источники