RU

Bu ölkələrdə Çin elektromobili yoxdur

Dünyada satılan elektromobillərin 62 faizini Çin təkbaşına istehsal edir.

Avtosfer.az xəbər verir ki, Çin elektriomobilləri dünya üzrə qeyri-bərabər paylanıb. Qərbi Avropada satılan elektromobillərin 10 faizi Çin istehsalıdır.

Çin elektromobillərinə maraq inkişaf etməkdə olan ölkələrdə daha böyükdür. Bu elektromobillərin payı Meksika və İsraildə 70 faiz, Nepal və İndoneziyada 75 faiz, Tailandda isə 77 faizdir.

Bu sahədə rekord 82 faizlə Braziliyaya aiddir.

Məsələnin tam əks tərəfi də var. ABŞ və Kanadada Çin elektromobillərinin bazar payı 0 faizdir. Bu 2 ölkədə Çin texnikasına maraq yoxdur. Trampın tətbiq etdiyi rüsumlardan sonra ABŞ-də rəqəm çox güman ki, elə 0 olaraq qalacaq.

Vüqar Yaşaroğlu

Избранный
8
avtosfer.az

1Источники