Başqırdıstanda fizika və texnologiya müəllimi dərs zamanı pornoya baxıb.
Bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Müəllimin baxdığı görüntülərə dərs dediyi yeddinci sinif şagirdləri qeyri-ixtiyari şahid oldular. Məsələ burasındadır ki, müəllim arxasında duran projektoru söndürməyi unudub. Çılpaq qadınların görüntüləri böyük ekrana proyeksiya edilib.
Faktla bağlı rəsmi araşdırmalara başlanılıb. Müəllim işdən uzaqlaşdırılıb.