RU

Müttəfiqləri ABŞ-a kəşfiyyat məlumatları ötürməyəcək

Müttəfiqləri

ABŞ-nın müttəfiqləri Trampın Rusiya ilə daha çox yaxınlaşmasından ehtiyat etdiklərinə görə, Avropa ölkələri, həmçinin digər dövlətlər artıq kəşfiyyat məlumatlarınıamerikalılarla bölüşmək istəmirlər.

Reyting.az
xəbər verir ki, "NBC News" kanalının məlumatına görə, ABŞ-nın bəzi müttəfiqləri çaşqınlıq içindədir.

Bildirilir ki, D. Tramp administrasiyasının Rusiya ilə çox yaxınlaşmasından ehtiyat edən bu ölkələr çıxış yolu kimi indən sonra rəsmi Vaşinqtonla kəşfiyyat mübadiləsini azaltmaq variantını da araşdırırlar. Bu barədə "NBC News"-a dörd mənbə danışıb.

ABŞ-nın müttəfiqləri agentlərinin Rusiya tərəfindən ifşa olunacağından qorxurlar. Onlar məhz bu səbəbdən məxfi kəşfiyyat məlumatlarının ötürülməsi məsələlərini nəzərdən keçirməyə, bu barədə müzakirə aparmağa qərar veriblər.

Özlərini tərəfdaş kimi ABŞ-nın müttəfiqləri hesab edən belə ölkələr sırasında düşgünlük yarandığına görə, onlar kəşfiyyat mübadiləsi ilə bağlı protokollarını dəyişdirmək istəyirlər. Bu cür düşünən ölkələrin arasında İsrail, Səudiyyə Ərəbistanı, Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniya kimi ABŞ müttəfiqləri də var.

Bildirilir ki, bunun səbəbi həm də ABŞ-nın bir neçə gün öncə Ukrayna ilə bağlı olan çox əhəmiyyətli kəşfiyyat məlumatlarının, o cümlədən Rusiyanın raket buraxılışları və Ukraynanın zərbələrinə rəhbərlik etmək üçün lazımi məlumatların paylaşılmasını dayandırması qərarıdır.

Oqtay QORÇU
Избранный
16
reyting.az

1Источники