RU

"Burada yaşayan bütün millətlər Azərbaycan vətəndaşıdırlar" - DEPUTAT DANIŞDI

"Məlum olduğu kimi dünən ölkənin birinci xanımı, birinci vitse-prezidenti Mehriban Əliyeva qızları Leyla xanım və Arzu xanım ilə birlikdə Gəncəyə səfər etdilər. Onlar Səfər çərçivəsində tarixi abidələrimizi ziyarət ediblər. Eyni zamanda onların içərisində Gəncə Memorial Kompleksi ilə tanışlıq olub. Bununla yanaşı Aleksandr Nevski adına rus provaslav kilsəsini ziyarət ediblər. Bu Mehriban xanımın və onun ailə üzvlərinin bölgəmizə ilk səfəri deyil. Davamlı olaraq istər cənab Prezident İlham Əliyev, istərsə Mehriban xanım, istərsə də ailənin digər üzvləri davamlı olaraq Azərbaycanın müxtəlif bölgələrinə səfər edirlər. Bu səfərlərinin hər biri həmin bölgələrdə yeni layihələrin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu səfərlərin hər birindən sonra həmin bölgələr daha da inkişaf edir və yeni layihələrin, yeni proqramların əsası qoyulur". Bu sözləri Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, Əmək və Sosial Siyasət komitəsinin üzvü Jalə Əliyeva SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu səfəri əhəmiyyətli edən Azərbaycanın qədim torpaqlarından biri olan Gəncənin Azərbaycan tarixində, eyni zamanda bu günki həyatında, iqtisadiyyatında, mədəniyyətində, böyük yerdən gəldiyini bir daha göstərir: "Sadəcə Gəncəyə deyil, eyni zamanda bütün bölgələrimizə olan böyük diqqətin, qayğının əhəmiyyətli bir nümunəsidir. Burada səfər zamanı Gəncə Memorial Kompleksinin ziyarət edilməsidə tariximizə, yaddaşımıza verilən böyük dəyərdir. Gəncə 44 günlük müharibə günlərimizdə də cəbhə bölgəsindən uzaqda olsada itkilər verdi, düşmənin işğalçılıq siyasətinin heç bir insanlığa sığmayan əməllərinə məruz qaldı. Gəncə bombardman edildi, insanlar evsiz-eşiksiz qaldılar, körpə uşaqlar həyatını itirdilər. Əlbətdəki bütün bunlar bizim qan yaddaşımızdır və bu gün biz onları unutmuruq. Ölkənin birinci xanımınında proqrama uyğun olaraq həyata keçirdiyi səfərdə də bütün bu məqamlar diqqətə alınmışdı".

Jalə Əliyeva həmçinin bildirib ki, eyni zamanda Aleksandr Nevski adına rus provaslav kilsəsini ziyarət etdi: " Bu da Azərbaycanın müxtəlif dinliyə, tolerantlığa olan ehtiramıdır. Kökündən bəri Azərbaycanın müxtəlif dinlərə, dillərə olan sayğısıdır. Bu gün Azərbaycan, həmçinin burada yaşayan bütün millətlər Azərbaycan vətəndaşıdırlar. Həmçinin Azərbaycan vətəndaşlarının bütün hüquq və haqlarından istifadə edərək, tam hüquqlu vətəndaş olaraq Azərbaycanda yaşayırlar. Birinci xanım Mehriban Əliyevanın rəhbəri olduğu fond bu gün sadəcə Azərbaycanda deyil, bütün dünyada tolerantlığın mərkəzi kimi tanınır".

Müəllif: Xeyrənsə Piriyeva
Избранный
7
sia.az

1Источники