Beynəlxalq Dopinq Test Agentliyi (ITA) tanınmış türkiyəli güləşçi Rıza Kayaalpı 4 il müddətinə idmandan uzaqlaşdırıb.
Fanat.Az-n məlumatına görə, Rızadan 2024-cü ilin mayında götürülən dopinq analizi müsbət nəticələnib.
Diskvalifikasiyanın dəqiq səbəbi isə qadağan edilmiş trimetazidin maddəsidir. İdmançının mayın 28-dən bəri göstərdiyi bütün nəticələr ləğv edilib. Kayaalpın diskvalifikasiyası 30 iyun 2028-ci ilə qədər davam edəcək.
35 yaşlı Kayaalp 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçirilən olimpiya oyunlarının gümüş mükafatçısıdır. O, Olimpiadalarda həmçinin iki bürünc medal qazanıb (2012, 2020). Kayaalp 5 qat dünya çempionu olmaqla yanaşı, 12 qat Avropa çempionudur.