RU

Bakı metrosunda səhər çaşqınlığı: Sıxlıq niyə yaranır? - AÇIQLAMA

Bu gün səhər saatlarında İnşaatçılar metrostansiyasında qeyri-adi vəziyyət yaranıb. İşə və dərsə tələsən sərnişinlər hər gün olduğu kimi metroya üz tutsa da, bu dəfə onları gözlənilməz bir mənzərə qarşılayıb – qatarların intervalı normadan uzun olub və platformada sıxlıq yaranıb.

Redaksiyamıza daxil olan oxucu şikayətinə və video görüntülərə əsasən, qatarlar arasında gözləmə müddəti 6 dəqiqəni keçib. Bu da pik saatlarda daha çox insanın toplaşmasına, hərəkət məhdudiyyətinə və sərnişinlərin narahatlığına səbəb olub. Platformada yaranan basabas səbəbindən bəzi insanlar qatara minə bilməyib, nəticədə növbəti qatarı gözləməli olublar. Sərnişinlər gecikdiklərini və metroda daha operativ iş rejiminə ehtiyac duyulduğunu bildiriblər.

Məsələ ilə bağlı "Bakı Metropoliteni"nin sözçüsü Bəxtiyar Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, qatarların intervalının uzanması texniki nasazlıqla bağlı deyil, sərnişin sıxlığı nəticəsində yaranan gecikmədir:

"Sərnişin sıxlığı ilə bağlı yubanma qeydə alınıb. Xətlərdə hərəkət edən qatarlarda bu ana qədər nasazlıq yoxdur. Həmçinin işçi personalının qatarların hərəkətinə təsir edə biləcək nöqsanı olmayıb".

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
93
2
yenisabah.az

3Источники