RU

Kon Kaflin:"Ukrayna müharibəsi Putin üçün fəlakət çevrilib"

"Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Vladimir Putin üçün əsl fəlakətə çevrilib".

Adalet.az
xəbər verir ki, belə bir iddianı britaniyalı jurnalist, işlədiyi “The Telegraph” nəşrində müdafiə və xarici əlaqələr üzrə redaktor olan Kon Kaflin yazdığı məqalədə irəli sürüb. Kaflin bildirir ki, Kreml münaqişəni sona çatdırmağa elə də ümidli deyil və bu səbəbdən də ABŞ prezidenti Donald Trampın səylərini dəstəkləməyə məcburdur:"Rusiya təbliğatı Tramp administrasiyasının siyasətinin avropalılarda yaratdığı narahatlığı ələ salmaqla diqqəti Rusiyaya artan təzyiqdən yayındırmağa çalışır. Lakin bütün iddialara baxmayaraq, Kreml Trampın Ağ Evə qayıtmasının Rusiya ordusunu və iqtisadiyyatını məhv edən müharibənin sona çatmasına səbəb olacağına ümidlidir”.

Koflin iddiasında onu da qeyd edir ki, Ukrayna ilə genişmiqyaslı müharibədə ruslar arasında gözlənilən ölü və yaralıların sayı 850 min nəfərə çatmaqla bərabər həm də iqdisadi tənəzzülü sürətləndirib:" İşğal həm də Rusiya iqtisadiyyatına böyük təsir göstərir, faiz dərəcələri 21% səviyyəsindədir və müharibə üçün vəsait azalır".

Jurnalist fikrincə məhz bu uğursuzluqlar vadar edir ki, Putin Trampın sülh təşəbbüslərinə qoşulsun və bunu üzücü prosesi sona çatdırmaq üçün bir şans olsun:"Moskvanın Ukrayna ilə bağlı mümkün danışıqlarda Qərbə təzyiq etmək üçün demək olar ki, heç bir əsası qalmayıb.

Kreml tərəfindən təhlükə kimi qəbul edilən Qərb sülhməramlılarının Ukrayna ərazisinə yerləşdirilməsi ehtimalına da toxunan jurnalist vurğulayır ki, Qərb sülhməramlılarının “Rusiya sərhədlərini” qorumaq ambisiyalarını nəzərə alan Putin bunu real təhlükə kimi görür.
Kon Kaflin Avropanın sülh sazişlərini müdafiə etmək üçün Ukraynaya qoşun göndərməyə hazır olduğunu təsdiqləyən Fransa prezidenti Emmanuel Makronun bəyanatlarından sonra Putin açıq-aşkar narahatlıq sərgilədiyini də məqaləsində iddia edib. Kaflinin qənaətinə görə, Tramp sülh danışıqlarına güc mövqeyindən girməli deyil:"Tramp , Putinin indi zəif mövqedən çıxış etdiyini başa düşməlidir".


Əntiqə Rəşid

Избранный
55
adalet.az

1Источники