RU

Arif Hacılı Etibar Məmmədovda səhv tutdu

Müsavat funksioneri “AXC-ni planları baş tutmadıqdan sonra tərk edib” deyir; AMİP-in fəxri liderinin gündəmi isə...

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov saytların birinə müsahibəsində   Azərbaycan Xalq Cəbhəsindən fikir ayrılığına görə çıxdığını bildirib.
“1991-ci ilin avqustunda Xalq Cəbhəsinin birinci qurultayı ərəfəsində mən yenə də təkliflə çıxış etdim ki, qurultayda dəyişiklik lazımdır. Biz müstəqil dövlətin yaradılmasını proqram kimi bu qurultayda qəbul etməliyik. Onlar yenə də bunun əleyhinə çıxdılar və mən elan etdim ki, Xalq Cəbhəsindən ayrılıram. İki ay sonra, oktyabrda müstəqillik reallaşdı, onların iddialarının səhv olduğu isə faktiki olaraq təsdiqləndi. İki ay əvvəl öz qurultaylarında müstəqilliyi proqram kimi qəbul etmədilər, ancaq mənim fikrim o idi ki, vaxtında qəbul olunsaydı və sonradan demokratikləşməyə biz mərhələ-mərhələ keçsəydik, bu daha yaxşı nəticələr verə bilərdi. Sonra isə onların hakimiyyəti demokratik prinsiplərlə idarə edəcəyi vəd olunsa da, vədlərini həyata keçirməyə hazır olmadıqları göründü”.
Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Etibar Məmmədova cavab verib. O, sosial şəbəkədə yazdığı cavabı 20 Yanvar şəhidlərinin dəfnindən sonra Bakıda keçirilən ilk mitinqin videosu ilə birgə təqdim edib: “Etibar Məmmədov deyib ki, guya Xalq Cəbhəsi ilə fikir ayrılığı Azərbaycanın müstəqillik məsələsi ilə bağlı olub.
Görüntüdə 22 yanvar, şəhidlərimizin dəfnindən sonra ölkədə keçirilən ilk mitinqlərdən biridir. Burada AXC-nin müstəqilliklə bağlı ümumi mövqeyi ifadə edilib. Yəni Etibar Məmmədov AXC-dən ayrılanda suverenlik məsələsi artıq keçilmiş mərhələ idi. Etibar Məmmədov AXC-ni bundan azı il yarım sonra 1991-ci ildə, bu təşkilatla bağlı planları baş tutmadıqdan sonra tərk edib".
“Təəssüf ki, indiki ABŞ prezidenti Donald Tramp zorakı diplomatiya, yəni məcburetmə yolunu tutub. Və onun üçün heç bir beynəlxalq prinsiplər, qayda-qanunlar əhəmiyyətli deyil. Ona görə də biz də diqqətli olmalıyıq bu məsələlərdə... Və biz də bir çox dönüşlərə hazır olmalıyıq. Düzdü, hələ ki Amerikanın Güney Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətində ciddi dəyişiklik gözlənilmir. Amma istənilən vaxtı ciddi dönüşlər ola bilər, hətta ciddi təzyiqlər də edilə bilər. Ancaq bu o demək deyil ki, biz o təzyiqlərə boyun əyməliyik və Trampın dediklərini, diktə etdiklərini qəbul etməliyik”.
Bu fikirləri də Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov deyib. 
"Etibar Məmmədov tarixləri qarışdırdı": 1989-cu ildə nə baş vermişdi? -  VİDEO - Globalinfo.az
 “Bəs bundan sonra Putin Rusiyasının Güney Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana qarşı siyasətində necə dönüş yaranacaq? Belə mülahizələr var ki, guya Tramp artıq Güney Qafqazı Putinə təslim  edir” sualına Etibar Məmmədov belə cavab verib: “Tramp hələ Ukraynanı təslim edib qurtarmayıb axı... Əvvəla, Ukrayna özü təslim olmayacaq. İkincisi, Ukraynanın təslim olması Avropanın Rusiyaya, Putinə təslim olması deməkdir... Odur ki, Avropa da birləşib Tramp və Putinə bunu etməyə imkan verməyəcək. Məntiq onu göstərir. Üçüncüsü, fikrimcə, Birləşmiş Ştatların özündə də Trampın bu cür yanlış siyasətinə qarşı müqavimət getdikcə artacaq. Həm də ona görə ki, Amerikada Ukrayna lobbisi çox güclüdür. Onların təsir imkanları da böyükdür, Ağ Ev administrasiyasına belə, təsir göstərmək rıçaqları var və onlar işə düşəcək. Bundan əlavə, Konqresdə də Trampa qarşı müxalifət var. Hətta respublikaçıların içərisində də onun Ukraynanı Rusiyaya təslim etmə fikrinə müxalif olanlar çoxdur. Və bu proses tədricən gedəcək. Düzdü, hələ Ukrayna tezliklə bu ağır durumdan çıxa bilməyəcək. Ancaq bu ölkənin müqavimət potensialı da kifayət qədər böyükdür...”
 “Deməli, belə düşünürsüz ki, Putin Trampın onunla yaxınlaşması fürsətindən yararlanaraq Azərbaycana qarşı siyasətində ciddi dönüş etməyəcək” sualını isə siyasətçi belə cavablandırıb: “Bəli.  Heç axı Rusiyanın indiki geosiyasi durumda özünə qarşı bir neçə cəbhədə qüvvələri qaldırması da məntiqlə doğru olmaz, buna ehtiyac da yoxdur. Həm də bu saat Putinin Azərbaycana qarşı sərt siyasət yürütməsinə, onu təhdid etməsinə elə bir ciddi əsas və səbəb də yoxdur...”
Избранный
58
yenilik.az

1Источники