RU

Tramp Cənubi Afrikaya yardımları dayandırır, Rusiyaya əlavə sanksiyalar tətbiq etməyi düşünür

ABŞ Dövlət Departamenti Cənubi Afrika Respublikasına maliyyə ayrılmasını dayandırmağa qərar verib.

APA xəbər verir ki, bu barədə o “Truth Social” platformasındakı hesabında yazıb.

Fermerlər üçün ABŞ-yə xüsusi dəvət proqramı

Onun sözlərinə görə, maliyyələşmənin dayandırılması müqabilində adıçəkilən ölkəni təhlükəsizlik səbəbindən tərk etmək arzusunda olan fermerlər öz ailəsi ilə birlikdə ABŞ-yə dəvət ediləcək:

Sürətləndirilmiş vətəndaşlıq prosesi başlayır

“Belə olan halda bu qəbildən olan şəxslərə sürətləndirilmiş şəkildə vətəndaşlıq veriləcək. Bu proses dərhal başlanacaq”.

Rusiyaya qarşı yeni sanksiyalar gündəmdə

D. Tramp eyni zamanda Rusiyanın bank sektoruna və bu ölkəyə göstərilən xidmətlərə genişmiqyaslı sanksiyalar tətbiq etməyi düşündüyünü yazıb.

Ağ Evin rəhbəri qeyd edib ki, bu məhdudiyyətlər Ukraynada sülh ilə bağlı yekun saziş imzalananadək qüvvədə olacaq.

Избранный
15
4
apa.az

10Источники