“Arsenal”ın çalışdırıcısı Mikel Arteta klubdakı 5 ildən çox müddətdə ən yaxşı anını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə BBC-yə müsahibəsində danışıb:
“Çox yaxşı anlar yaşadıq, lakin bir gecə digərlərindən daha yaxşı idi, çünki bunu bacardıq – kubok qazandıq – İngiltərə FA Kuboku”.
Xatırladaq ki, Arteta 2019-cu ilin dekabrında “Arsenal”ın baş məşqçisi olub. “Topçular” onun rəhbərliyi altında indiyədək üç kubok qazanıb: 2020-ci ildə FA Kuboku və 2020 və 2023-cü illərdə iki FA Community Shield.
“Arsenal” üçüncü ildir ki, Premyer Liqada ikinci yeri tutmağa yaxındır. Klub bundan əvvəl iki dəfə çempionluq uğrunda mübarizəni “Mançester Siti”yə uduzub.