RU

Avropa çempionatı: Azərbaycan atleti final mərhələsinə vəsiqə qazanıb

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan atleti Rüstəm Məmmədov Niderlandın Apeldorn şəhərində qapalı məkanda keçirilən Avropa çempionatında finala yüksəlib.

Atletika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, üç təkanla tullanma növündə çıxış edən idmançı təsnifat mərhələsində 16.28 metr nəticə göstərib. Bununla da 18 idmançı arasında 8-ci yeri tutaraq həlledici mərhələyə vəsiqə qazanıb.

R.Məmmədov martın 8-də baş tutacaq final mərhələsində Avropa çempionatının medalları uğrunda mübarizə aparacaq.

Избранный
22
1
azertag.az

2Источники