RU

Azərbaycan Keniyadakı xüsusi məktəbə humanitar yardım edib

Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərin tərkib hissəsi olaraq Xarici İşlər Nazirliyinin (XÄ°N) nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq Ä°nkişafa Yardım Agentliyi (AÄ°DA) tərəfindən Keniyanın Vihiqa əyalətində yerləşən Müqəddəs Ursula adına Çamakanqa xüsusi məktəbinin zəruri ehtiyaclarının ödənilməsi üçün 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərilib.

Bu barədə Adalet.az-a XÄ°N-dən məlumat verilib.

Məlumata görə, humanitar yardım çərçivəsində məktəbdə təhsil alan və yaşayan əqli qüsurlu uşaqların bir sıra təxirəsalınmaz sosial tələbatları, həmçinin məktəb binasının ən təcili maddi-texniki ehtiyacları təmin ediləcək.

AÄ°DA-nın humanitar aksiyası münasibəti ilə martın 7-də məktəbdə təşkil edilən təqdimat mərasimində Vihiqa əyalətinin qubernatoru Dr. Uilber Ottiçilo, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Keniya təhsil nazirinin birinci müavini Beatris Ä°nyangala, millət vəkililəri Beatris Adagala və Klement Sloya, Vihiqa əyalətinin müvəkkili Florens Sitava və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Избранный
54
adalet.az

1Источники