RU

"Laser Beauty Estetik" klinikası: "Bizə heç bir bildiriş gəlməyib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir müddət əvvəl fəaliyyətində nöqsanlar aşkar edilən və lisenziyasının dayandırılması ilə bağlı müraciət edilmiş qalmaqallı klinika fəaliyyətini davam etdirir.
Məsələ ilə bağlı Oxu.Az "Laser Beauty Estetik" klinikasına sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq klinikanın informasiya şöbəsinin rəhbəri Kəmalə Əsədova deyib ki, fəaliyyətin dayandırması ilə bağlı onlara heç bir məktub və ya bildiriş gəlməyib.
O bildirib ki, belə bir məktub almadıqlarına görə hazırda fəaliyyətlərini davam etdirirlər.
K.Əsədova qeyd edib ki, klinikanın lisenziyasının ləğv edilməsi ilə bağlı xəbərləri mediada görüblər:
"Biz bundan sonra Səhiyyə Nazirliyinə müraciət etmişik, amma hələ bizə geri dönüş olmayıb. Buna görə də hazırda fəaliyyətimizi davam etdiririk".
"Biz şəhərin mərkəzində fəaliyyət göstəririk. Bizə lisenziyamızın dayandırılması ilə bağlı bildiriş, məktub gəlsə idi, fəaliyyətimizi dayandırardıq. Analitik Ekspertiza Mərkəzi klinikamızda mütəmadi yoxlamalar aparır. Kiçik nöqsanlar aşkarlandıqdan sonra klinikada təkrar yoxlama aparılıb və nöqsanların aradan qaldırıldığı görülüb", - deyə o əlavə edib.
Qeyd edək ki, Oxu.Az İqtisadiyyat Nazirliyi tərəfindən "Laser Beauty Estetik" klinikasına lisenziyasının dayandırılması ilə bağlı göndərilmiş sənədi əldə edib.
Xatırladaq ki, martın 5-də İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində "Laser Beauty Estetik" klinikasının filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı Səhiyyə Nazirliyindən İqtisadiyyat Nazirliyinə müraciət daxil olub. Bundan sonra Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Estetik" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılıb.
"Hazırda fəaliyyəti dayandırılmış filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub", - deyə məlumatda bildirilmişdi.
Aləmdə Nəsib
Избранный
14
2
oxu.az

3Источники