RU

Türkiyə-Ermənistan sərhədi açılır? - Şamil Ayrım "Referans"a AÇIQLADI / EKSKLÜZİV

Məlumdur ki, martın 5-i 2025 - ci il tarixində Azərbaycan və Türkiyə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində  videobağlantı formatında iştirak ediblər. Bu çox önəmli tarixi bir hadisədir.  Bu kimi addımlar Zəngəzur dəhlizinin, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin və o cümlədən də Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində ümidləri daha da artırır. Dəfələrlə Türkiyə rəsmiləri tərəfindən bildirilib ki, Türkiyə ilə Ermənsitan sərhədinin açılması təşəbbüsü davam edir.


Ümumiyyətlə Türkiyə və Ermənistan sərhəddinin açılması nə zaman mümkün olacaq? Zəngəzur dəhlizi məsələsi öz həllini necə tapacaq? 


Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım   Referans.az" target="_blank">Referans.az - a açıqlamasında bildirib ki,  Prezident Rəcəb Tayyib Ərdoğan bu mövzuda dəfələrlə öz fikrini bildirib. Yerigəlmişkən bu günlərdə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Naxçıvan-İğdır qaz boru xəttinin açılışı ilə əlaqədar çox mühüm bir mərasim gerçəkləşdi. Təbii ki, bu kimi addımlar çox müsbətdir. Türkiyə-Ermənistan arasında sərhədlərin açılması üçün isə ilk növbədə Azərbaycanla Ermənistan dövlətləri arasında sülh müqaviləsinin imzalanması mütləqdir.  Şükürlər olsun ki, artıq Qarabağ problemi öz həllini tapıb.  Türkiyənin Ermənistanla sərhədlərin açılması ilə bağlı razılaşma yalnız haqqında danışdığımız sülh sazişindən sonra mümkündür. Əks təqdirdə isə indiki vəziyyət olduğu kimi davam edəcəkdir.


Türkiyə Parlamentinin deputatı həmçinin onu da qeyd edib ki, Azərbaycan dövləti Ermənistanla bütün problemlərin həll olunduğunu dediyi an biz sərhədləri açmağa hazırıq.  Türkiyə üçün önəmli olan məqam ondan ibarətdir ki, Qafqazda qalıcı sülh qorunub saxlanılsın. Əgər Zəngəzur dəhlizi açılmış olsa o zaman Azərbaycan qazı birbaşa Türkiyəyə nəql olunacaqdır.  


Millət vəkili eyni zamanda onu da diqqətə çatdırıb ki, Ermənistan Fransa və onun kimi havadarlarının təsirindən çıxa bilmir. Ermənistan bir tərəfdən sərhədləri açaq deyir, digər tərəfdən isə silahlanır. Beləliklə də erməni tərəfinin mövqeyində heç bir müsbət mövqe yoxdur. Həm də Ermənistanın Konstitusiyasında Türkiyədən və Azərbaycandan torpaq tələbləri mövcuddur. Yəni, əvvəlcə Ermənistan öz Konstitusiyasında olan bu mənasız iddialardan imtina etməlidir. 


Şamil Ayrım onu da vurğulayıb ki, hazırki vəziyyətdə nə Azərbaycan Prezidenti  nə də Türkiyə Prezidenti tərəfindən sərhədlərin açılması ilə bağlı konkret bir fikir bildirilmir. Amma onlar qərar verəndən dərhal sonra sərhədlərin açılması reallaşcaqdır.  Problem bundan ibarətdir. 


Türkiyə millət vəkili xüsusilə bir daha qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişindən sonra Türkiyə ilə Ermənistanın dövlət sərhədləri mütləq açılacaq. Lakin gərək əvvəlcə erməni tərəfi  bayaq qeyd olunan Konstitusiya dəyişikliyini həm Azərbaycanın həm də Türkiyənin maraqları çərçivəsində həyata keçirsin. Çünki Ermənistan son zamanlar bu mövzuda bir neçə tələblər irəli sürüb. Ümumilikdə isə biz bu məsələnin həlli üçün bir az gözləməli olacağıq və müəyyən bir vaxta ehtiyacımız var.  


Türkiyə parlament üzvü Zəngəzur dəhlizi ilə bağlı mövqeyini də bildirib. O deyib ki, əgər Ermənistan Azərbaycanın təkliflərini qəbul etmədiyi halda Azərbaycanın alternativ olaraq İran vasitəsilə Araz çayı üzərindən 2 körpünün inşası ideyası çox məntiqlidir.  Zəngəzur dəhlizi birmənalı olaraq sözsüz ki, çox önəmlidir. Lakin burada Ermənistan rəhbərliyinin düzgün addım atıb atmayacağı müzakirə mövzusudur. Bir neçə müddət əvvəl Nikol Paşinyan bu məsələ ilə bağlı 1987- ci il erməni tarixindən nümunələrə diqqət çəkmişdi. Hər kəs bilir ki, Paşinyan bu gün dediyi sözü sabah inkar edən bir adamdır. Çünki o əvvəlvə Ermənistan Konstitusiyasındakı bizə qarşı əsassız iddiaların ləğvinə razı olsa da sonradan müxtəlif bəhanələrlə öz sözündən döndü. 


"Bütün bunlara baxmayaraq biz yenə də xoşniyyətli olmağa davam edirik. İnşallah mütləq şəkildə Qafqazda sülh olacaqdır. Sülhün əldə edilməsi bütün region üçün çox böyük əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi hələ də ya bunu anlamaq istəmir ya da anlamır", - deyə Türkiyə millət vəkili Şamil Ayrım əlavə edib.



Bünyamin Bünyadzadə

Referans

Избранный
59
2
referans.az

3Источники