RU

Rumıniya Georgeskunun prezident seçkilərində iştirakına icazə verməyəcək

Rumıniya hakimiyyəti namizəd Kalin Georgeskunun səsvermələrdə üstün olmasına baxmayaraq, onun prezident seçkilərində iştirakına mane olmaq niyyətindədir. 

Hit.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, imtinanın formal əsası Georgeskunun bu yaxınlarda məhkəmə nəzarətinə verildiyi cinayət istintaqı olacaq.

 Eyni zamanda, o, artıq ikinci dəfədir ki, həm Moskvadan, həm də Vaşinqtondan “aktiv dəstək” alaraq, seçkiqabağı reytinqlərə başçılıq edir.

Fevralın 26-da Rumıniyada Kalin Georgesku haqqında həbs qərarı verilib. "Mediafaks" agentliyinin məlumatına görə, o, konstitusiya quruluşunu dağıtmaq üçün faşist təşkilatı yaratmaqda və seçki kampaniyasını qanunsuz olaraq maliyyələşdirməkdə şübhəli bilinir.

Rumıniya mediası Georgeskunu rusiyapərəst şəxs adlandırır. Siyasətçi Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda 22,94% səs toplayaraq qalib gəlib. Lakin Rumıniya Konstitusiya Məhkəməsi bu nəticələri “Rusiyanın təsirinə” görə ləğv edib.

Georgesju özü vətəndaşların iradə ifadəsinin nəticələrinin ləğvini dövlət çevrilişi adlandırıb. O, Rumıniyanın məhkəmə sisteminin müstəqilliyini itirdiyini və siyasətə tabe olduğunu bildirib.

Samir

Избранный
18
hit.az

1Источники