Bakı şəhərində rəsmi olaraq 30 ilə yaxındır ki, “Vorovski” qəsəbə, ya da ərazi yoxdur...
Bu gün Bakının bir sıra qəsəblərində və mikrorayonlarda su kəsintisi yaşanıb.
Poliqon xəbər verir ki, bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı bu məlumatda diqqəti çəkən bir vacib məqam vardı ki, bu məqam bu məlumatı yayanların bilərəkdən, ya da bilməyərəkdən Azərbaycan Respublikasının yer yer adlarına açıq hörmətsizlik kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, İŞBSTX-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” deyilən əraziyə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb.
Əgər sizdə diqqət etdinizsə, məlumatda “Vorovski” deyilən ərazidən bəhs edilir. Halbuki Bakı şəhərində rəsmi olaraq 30 ilə yaxındır ki, “Vorovski” qəsəbə, ya da ərazi yoxdur. Bu qəsəbə uzun illərdir ki, M.Ə.Rəsulzadə qəsəbəsi adlandırılır və bu üzdən də İŞBSTX-nin məlumatında “Vorovski” adlı ərazinin keçməsi təəccüb doğurur.
Bu yanlışlıq bəlkə də, İŞBSTX-nin mətbuat katibi Ceyhun Musayevin savadsığlığının nəticəsi olaraq ortaya çıxıb. Ya da Ceyhun Musayev dövlət səviyyəsində rəsmiləşməsinə baxmayaraq və 2014cü ildə Azərbaycan prezidentinin sərəncamı ilə 130 illik yübileyi dövlət səviyyəsində qeyd edilən M.Ə.Rəsulzadənin adını çəkməyə qorxur...
Poliqon.info