RU

Tramp Kanada ilə sərhəd müqaviləsinə yenidən baxılmasını tələb edir

ABŞ Prezidenti Donald Tramp Kanada ilə 1908-ci ildən qüvvədə olan sərhəd müqaviləsinə yenidən baxılması zərurətini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.

Fevralın 3-də baş nazir Castin Trüdo ilə iki telefon danışığında Tramp ticarət maneələri, o cümlədən Kanadanın süd məhsulları sektorunun qorunması və Amerika mallarını bahalaşdıran vergilərdən məyus olduğunu bildirib. O, həmçinin demarkasiya müqaviləsinin legitimliyinə etiraz edib və beynəlxalq müqavilələrlə tənzimlənən göl və çayların bölünməsinə yenidən baxılmasını təklif edib.

Nəşr qeyd edir ki, Kanada rəsmiləri Trampın keçmişdə Ottavaya qarşı “iqtisadi güc” tətbiq etməklə hədələmələrini nəzərə alaraq, bəyanatları ciddi qəbul ediblər.

Qeyd edək ki, martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan demək olar ki, bütün idxala 25% gömrük rüsumları tətbiq edib, həmçinin Çindən gələn mallara tarifləri 10%-dən 20%-ə qaldırıb. Kanadanın Baş naziri Castin Trüdo daha sonra ABŞ-nin Kanadaya qarşı ticarət müharibəsinə başladığını, buna görə də Ottavanın Vaşinqtona cavab tarifləri tətbiq etdiyini söyləyib. "Kanada 155 milyard Kanada dolları (107,4 milyard dollar) dəyərində Amerika mallarına 25% tariflər tətbiq edir" - hökumət rəhbəri deyib.

Turan İSMAYIL

Избранный
51
1
redaktor.az

2Источники