RU

"Neftçi"yə məğlubiyyət yaşadaniki adamı TANIYIN

Qış fasiləsindən sonra ardıcıl qələbələr qazanan "Neftçi"nin "Kəpəz"lə səfər oyununda da müsbət nəticə qazanacağı ehtimal olunurdu.

Tərəflərin son 3 duelində "ağ qaralar"ın qələbə qazanması da psixoloji üstünlüyün qonaqlarda olacağı anlamına gəlirdi.

Amma Azər Bağırov növbəti dəfə hər kəsi təəccübləndirə bildi.

Bacarıqlı mütəxəssis kollektivə məğlubiyyətlərin arxada qaldığına inandıra bilmişdi.

Qərb təmsilçisi ilk dəqiqələrdən rəqibindən geri qalmamağa çalışırdı. Yaradılan real qol imkanları da meydan sahiblərində daha çox idi.

Amma meydanda aşağı-yuxarı bərabər səviyyədə oyun gedirdi.

Hansı tərəf ilk qolu vursa, qələbə də onun olacaq görüntüsü vardı.

Gəncəlilər daha fərasətli tərpənə bildi.

50-ci dəqiqədə Mabatşoev yaranmış qarşılıq zamanı çevik tərpənərək topu qapıdan keçirdi. Burada tacikistanlı hücumçunun Rza Cəfərova təmas edib-etməməsi müzakirə oluna bilər. Hər nə qədər VAR qolu qeydə alsa belə.

Matçdakı yeganə qol əcnəbi forvardın ölkəmizdəki ilk qolu kimi tarixə düşdü.

"Neftçi"nin qolun şokundan ayılması 15-20 dəqiqə çəkdi.

Yalnız son 15 dəqiqədə Samir Abasovun yetirmələri ərazi üstünlüyünə yiyələndi, rəqib qapısına yüklənə bildi.

Belədə "Kəpəz" üçün əla əks-hücum fürsətləri yarandı.

Sadəcə Kərim Lkouçanın fürsətləri sağa-sola xərcləməsi tablodakı hesabı dəyişməz etdi.

Bir də Rojerio Santosun son saniyələrdəki seyvi.

Düzdü, Mabatşoevin qolu 3 xalı gətirdi.

Amma son saniyələrdə portuqaliya kiperin Mustafa Sekin yaxın məsafədən vurduğu zərbəyə göstərdiyi reaksiyanın da ən azı qol qədər qiyməti vardı.

XANOĞLAN İMANOVUN

Избранный
13
sportinfo.az

1Источники