“İran maksimum təzyiq siyasətini davam etdirdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlara girməyəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyi ABŞ lideri Donald Trampın Tehrana məktubuna açıqlamasında bildirib.
Qeyd edək ki, ABŞ lideri İranın ali lideri Əli Xameneiyə məktub ünvanlayıb. Tramp məktubda İranın nüvə proqramına dair danışıqlar üzrə təklif verib.