RU

"Real" gənc müdafiəçi üçün 60 milyon avro ödəməyə hazırdır

"Bornmut"un müdafiəçisi Din Hyöysen İspaniya La Liqasında çıxış etməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Real" ispan futbolçunu transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Kral klubu" Hyöyseni yayda heyətinə qatmağı planlaşdırır. "Real" 19 yaşlı mərkəz müdafiəçisi üçün onun müqaviləsində nəzərdə tutulan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Gənc arxa xətt oyunçusu ilə Almaniyadan "Bavariya" da maraqlanır.

Qeyd edək ki, "Bornmut" Din Hyöyseni mövsümün əvvəlində "Yuventus"dan transfer edib. İspaniya U-21 millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol vurub.

saytlarin hazirlanmasi

Избранный
18
sportal.az

1Источники