Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarda texniki nasazlıq səbəbindən Goradil stansiyasında dayandığı üçün sərnişin sürət qatarlarında gecikmələr baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
"Bu səbəbdən saat 18:00-19:00 radələrində Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə hərəkət edən qatarlarda gecikmə müşahidə olunub", - ADY-dən bildirilib.