RU

Britanita Abramoviçi "Çelsi"nin satışına görə məhkəməyə verəcək

Londonun "Çelsi" klubunun keçmiş sahibi Roman Abramoviç tezliklə Britaniya hökuməti ilə məhkəmə proseslərinə cəlb olunacaq.

Valyuta.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Mənbənin sözlərinə görə, Böyük Britaniya hakimiyyəti rusiyalı iş adamının klubun səhmlərinin nəzarət paketini satdıqdan sonra aldığı pulların istifadəsi ilə bağlı mübahisəni həll etmək istəyir. Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, hökumət pulun mümkün qədər tez Ukraynanın humanitar ehtiyaclarına yönəldilməsini təmin etməyə çalışır.

Abramoviç "Çelsi"ni 2003-cü ildə 140 milyon funt-sterlinqə alıb. O vaxtdan bəri London klubu beş dəfə İngiltərə Premyer Liqasının (APL) çempionu olub, iki dəfə Çempionlar Liqasının və Avropa Liqasının, beş dəfə İngiltərə Kubokunun, üç dəfə İngiltərə Liqa Kubokunun qalibi adını qazanıv. 2022-ci ilin mayında o, klubu sanksiyalara görə satıb.

Komandanın yeni sahibi Todd Bouli oyunçuların alınmasına bir neçə yüz milyon avro xərcləyərək, transfer pəncərəsində liqanın ən çox xərcləyəni olub. Komanda uzun müddətdən sonra ilk dəfə 2022/23 mövsümünün sonunda avrokuboklara vəsiqə qazana bilməyib.

Paşa Məmmədli

Избранный
43
valyuta.az

1Источники