RU

Fransa kəşfiyyatının keçmiş rəhbəri azadlıqdan məhrum edilib

Fransa Milli Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Bernar Skvarçini Paris məhkəməsi tərəfindən nüfuz alveri və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” Fransa KİV-ə istinadən xəbər verir ki, Skvarçini təhlükəsizlik sektorundakı əlaqələrindən şəxsi məqsədləri, o cümlədən nəhəng LVMH şirkətinin maraqları naminə məxfi məlumatların əldə edilməsi üçün istifadə edib.

Məhkəmə keçmiş kəşfiyyat rəhbərini 200 min avro cərimə ödəməyə məcbur edib və ona 5 il müddətinə kəşfiyyat və ya məsləhətçilik fəaliyyəti ilə məşğul olmağı qadağan edib.

Fransanın ən varlı adamı olan LVMH şirkətinin rəhbəri Bernar Arno məhkəmədə ifadə verib, lakin ona qarşı ittiham irəli sürülməyib. O, şirkətinin qorunması ilə bağlı hansısa sxemdən xəbəri olmadığını bildirib.

Həmçinin, Skvarçininin hazırda tanınmış solçu siyasətçi olan keçmiş jurnalist Fransua Raffenin təqib edilməsində əli ola biləcəyi vurğulanır.

Избранный
20
1
report.az

2Источники