RU

Bu ölkənin 11 aeroportunda birgünlük tətil barədə XƏBƏRDARLIQ

Almaniyanın ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan Verdi ictimai sektor və yerüstü xidmət işçilərini martın 10-da 11 hava limanında birgünlük tətil etməyə çağırıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

 

Məlumata görə, əvvəlcə Frankfurt aeroportunda planlaşdırılan tətilin sonradan Münxen, Ştutqart, Köln-Bonn, Düsseldorf, Dortmund, Hannover, Bremen, Hamburq, Berlin-Brandenburq və Lepytsiq-Halle aeroportlarını əhatə edəcəyi bildirilib.

Tətilin səbəbi dövlət və bələdiyyələrlə davam etdiriləcək əməkhaqqı danışıqlarıdır. Hazırkı danışıqlarda işəgötürənlər hələ də konkret təklif irəli sürmədiyi və tələbləri yerinə yetirməyə hazır olmadıqları üçün bu xəbərdaredici tətil təşkil olunacaq.

Избранный
48
2
day.az

7Источники