RU

Papa Fransisk təşəkkür mesajı yayıb

Papa

Papa Fransisk, 14 fevralda xəstəxanaya yerləşdirildikdən sonra dünyadakı insanlara dəstəkləri üçün təşəkkür mesajı yayıb. “Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, 88 yaşlı Papa, xəstəxanaya qəbul edildikdən sonra ilk dəfə olaraq ictimaiyyətə səsini çatdırıb. O, bronxit müalicəsi üçün xəstəxanaya yerləşdirilmişdi, amma daha sonra hər iki ağciyərində pnevmoniya diaqnozu qoyulmuşdu.Roma Gemelli xəstəxanasından verilən qısa mesaj, Vatikanın Müqəddəs Pyotr meydanında axşam duası zamanı yayımlandı. Bu mesaj, həmin gün yazılıb və yalnız iki cümlədən ibarət olub.Bu həftənin əvvəlində Vatikan, Papaya iki dəfə nəfəs alma çatışmazlığına uğradıqdan sonra "invaziv olmayan mexaniki ventilyasiya" tətbiq edildiyini, amma indi yüksək axınlı oksigen maskasına keçildiyini açıqlamışdı.Papa xəstəxanaya yerləşdirildikdən sonra bir sıra tədbirləri təxirə salmalı olub, ən son olaraq isə Toz Çərşənbə günü (Ash Wednesday) iştirak etməyib. Bu, Pasxa bayramına qədər olan altı həftəlik dövrün başlanğıcıdır.Rəxşəndə İkramlı

Diqqət Çəkənlər

Sərin hisslər, sərt həqiqətlər: Xərçəngə aparan yol

Milli Məclis Mehriban Əliyevanı təbrik edib

Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub

Избранный
6
ulusum.az

1Источники