RU

İsrail ordusu Nablusdakı tarixi məscidi yandırdı

Fələstinin rəsmi agentliyi olan WAFA-nın məlumatına görə, İsrail ordusu Nablus şəhərində bir neçə məscidə basqın edərək dağıdıb.

Turkustan.az xəbər verir ki, İsrail əsgərləri Nablusun Köhnə şəhərindəki tarixi Nəsr məscidini yandıraraq yanğınsöndürmə briqadasının yanğını söndürməsinə mane olub. Bu da alovun geniş əraziyə yayılmasına səbəb olub.
Hadisə şahidləri bildiriblər ki, yanğın imamın otağını tamamilə külə çevirib, məscidin xalçaları və çöl hissəsi də zədələnib.
Sosial mediada böyük bir qüvvə ilə Nəsr məscidinə basqın edən İsrail əsgərlərinin görüntüləri paylaşılıb.

Nablusun ən əhəmiyyətli tarixi binalarından biri olan Nəsr Məscidi Roma dövründə kilsə olaraq tikilmiş və 1187-ci ildə səlibçilərə qarşı qazanılan qələbədən sonra məscidə çevrilmişdir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
28
turkustan.az

1Источники