RU

Rusiyalı deputata 8 Mart hədiyyəsi olaraq silah verilib

Pskov Şəhər Dumasının deputatı Alesya Mixaçeva 8 Mart üçün qeyri-adi hədiyyə alıb.

Herbiand.az bildirir ki, bu barədə “Gazeta.Ru” yazıb.

Mixaçeva deyib ki, ona pnevmatik tapança hədiyyə edilib. O, bundan praktiki atıcılıq dərslərində istifadə edəcəyini söyləyib.

“Yaxın dostlarım ​​8 Mart ərəfəsində mənə hədiyyə etdilər. Məni belə təəccübləndirdilər. Əsas odur ki, məndən yaradıcı hədiyyələrə münasibətimi əvvəlcədən soruşdular”, - rusiyalı deputat hədiyyə ilə bağlı təəssüratlarını bölüşüb və bunun onun üçün sürpriz olduğunu qeyd edib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
63
herbiand.az

1Источники