RU

"Qrant müsabiqəsi şəffaf və bütün QHT-lər üçün əlçatan olub" - Cəsarət Hüseynzadə

Məlum olduğu kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üçün elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini açıqlayıb. 

QHT.az müsabiqənin nəticələri ilə bağlı “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyin sədri Cəsarət Hüseynzadənin mövqeyini öyrənib:

"QHT Agentliyinin qrant müsabiqəsinin nəticələrini ümumi təhlil edərkən bir çox vacib məqamları müşahidə etmək mümkündür. İlk növbədə, layihələrin ekspertizasının qısa müddət ərzində həyata keçirilməsinə baxmayaraq, geniş və detallı şəkildə analiz edildiyi qənaətinə gəlmək olar. Həm mövzu, həm də ideya baxımından vacib və eyni zamanda yenilikçi layihələrin seçildiyini görürük. QHT Agentliyi ölkənin əsas donor təşkilatı olduğundan QHT sektorunun inkişafına və yeni yaradılan təşkilatlara dəstək vermək öhdəliyinin vacibliyini həmişə xüsusi qeyd edirəm. Bu baxımdan, yeni yaranmış təşkilatların da qalib olması sevindirici haldır. Çünki bu təşkilatlar üçün Agentlik bir növ ilkin dəstək funksiyasını yerinə yetirir.

Təəssüratımız müsbətdir. Çünki qrant müsabiqəsi prosesi ümumilikdə şəffaf və bütün QHT-lər üçün əlçatan olub. İstər informasiya təminatı, istərsə də icra müddəti baxımından Agentliyin əməkdaşları bütün suallara cavab verib və əlçatanlığı təmin ediblər. Bildiyiniz kimi, bu yaxınlarda da qeyd olundu ki, QHT-lərin qrant tələbatı Agentliyin qrant büdcəsindən təxminən dörd dəfə çoxdur. Hesab edirəm ki, bu istiqamətdə vacib addımlar atılarsa, davamlı və genişmiqyaslı layihələr üçün yeni imkanlar yaradıla bilər. Hazırda QHT Agentliyi də qrant büdcəsinin azlığı səbəbindən müəyyən mənada layihələrə ayrılan vəsaiti azaltmaq məcburiyyətində qalır. Bu problemin həlli üçün QHT Agenltiyinə ayrılan vəsaitin artırlmasına da ehtiayc avr ki, QHT-lər daha geniş fəaliyyət göstərə bilsinlər".

Избранный
25
qht.az

1Источники