RU

Bakı-Sumqayıt qatarlarının fəaliyyəti bərpa olunub – YENİLƏNİB

Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə hərəkət edən qatarların normal rejimdə fəaliyyəti artıq bərpa olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.

19:39

Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatar texniki nasazlıq səbəbindən Goradil stansiyasında dayandığı üçün digər sərnişin sürət qatarlarında gecikmələr baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları”ndan (ADY) məlumat verilib.

Qeyd edilib ki, bu səbəbdən saat 18:00-19:00 radələrində Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə hərəkət edən qatarlarda gecikmə müşahidə olunub.

“Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb. Qatar Goradil sahəsində yarım saata qədər dayanıb. Bu, pik saatlar olduğu üçün Abşeron dairəvi marşrutu üzrə digər qatarların hərəkətinə də bir qədər təsir göstərib. Problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək”, – ADY-dən vurğulanıb.

Qeyd edək ki, gecikmələrlə əlaqədar stansiyalarda insan sıxlığı var.

Избранный
52
3
nocomment.az

4Источники