RU

YAP Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan Futbol Klubunun üzvləri ilə görüş keçirilib -Fotolar



07.03.2025-ci il tarixində YAP Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan Futbol Klubunun rəhbərliyi və komanda üzvləri ilə görüş keçirilmişdir.

aia.az xəbər verir ki, görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Futbol Klubunun Prezidenti Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ-nin direktoru Ramil Tağıyev, Ümumi işlər üzrə vitse-prezidenti Taleh Məmmədov və komandanın üzvləri iştirak etmişdir.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxışında, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətlərindən, Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutmasından bəhs etdi. Ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışdı. Şirvan Futbol Klubunun rəhbərliyinin qısa müddətdə gördüyü işlərin, klubun qazandığı qələbələrin və uğurların təqdirəlayiq olduğunu vurğuladı. Komandanın üzvlərinə gələcək fəaliyyətində uğurlar arzu edərək, komandaya YAP Şirvan şəhər təşkilatı tərəfindən lazımi dəstəyin əsirgənməyəcəyini bildirdi.

Görüş iştirakçılarından Şirvan Futbol Klubunun Prezidenti Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ-nin direktoru Ramil Tağıyev, ümumi işlər üzrə vitse-prezidenti Taleh Məmmədov və "Azarkeşlərlə əlaqələndirici şəxs"-i Nizami Cəfərov çıxışlarında Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilməsindən, son illər idmançıların qazandığı beynəlxalq uğurlardan, xüsusilə, prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan bəhs etdilər.

Sonda YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov komanda üzvləri ilə xatirə şəkili çəkdirdi.



Избранный
53
aia.az

1Источники