RU

Banklar avtomobil krediti vermir - Əhali lizinq şirkətlərinin toruna düşür

Bu gün Azərbaycanda nağd şəkildə avtomobil ala bilməyən şəxslər daha çox lizinq şirkətlərinə üstünlük verir.  Əslində lizinqin kreditlə müqayisədə daha uzunmüddətli və illik faiz dərəcəsi aşağı olmalıdır. Lakin çox avtosalonlarda ən yaxşı halda 5 illik kredit, 19% illik faiz və 20% ilkin ödəniş şərtləri ilə qarşılaşırsan.  

Ölkəmizdə insanlar avtomobil alarkən daha çox nə üçün lizinq şirlətlərinə müraciət edirlər? Banklar bu məsələdə niyə insanlar əlçatan deyil?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov “Referans.az”a açıqlama verib. O bildirib ki, lizinqlə avtomobillərin alınması birbaşa ödənişlərin uzunmüddətli olması ilə bağlıdır. Çünki avtomobil almaq istəyən şəxslərin birbaşa ödəniş etmək imkanları məhdud olsa da avtomobil almaqda israrlı olurlar.  Yaxud da bəzi vətəndaşlar üçün avtomobilə sahiblənmək üçün kredit şərtləri ümumiyyətlə uyğun olmur.

Deputat onu da diqqətə çatdırıb ki, əsasən avtomobil kreditləri yeni avtomobillər üçün verilir. Digər tərəfdən isə həm rəsmi iş yeri ilə bağlı arayışlar və bu kimi tələblər vətəndaşların daha çox lizinq şirkətlərinə müraciət etməsinə səbəb olur.

"Belə məqamları nəzərə alaraq yaxşı olardı ki, avtomobil kredit şərtləri ilə bağlı müəyyən güzəştlər və ya uyğun qaydalar qəbul olunsun. Burada şərtlərin münasib olmasına və faizlərin aşağı salınmasına ehtiyac var. Əgər belə olarsa o zaman vətəndaşlar da uzunmüddətli lizinq şərtləri və ya yüksək faizlərlə avtomobil almaqda əsla maraqlı olmayacaqlar", -  deyə millət vəkili qeyd edib.

Избранный
41
1
avtosfer.az

2Источники