RU

Bakıda ''şərab evi''nə edilən basqının DETALLARI VİDEO

Mağazaya daxil olan kimi düz satıcının yanına gəlir. Daha sonra əlindəki soyuq silahla onu hədələyib pul istəyir.

Xezerxeber.az xəbər verir ki, görüntülər gecə paytaxtın Nizami rayonu Bəkir Çobanzadə küçəsindəki ''şərab evi''nə olan basqındandır.

Görüntülərdən hətta o da aydın olur ki, satıcı mağazdan çıxan kimi qapını da turur ki, naməlum şəxs qaçmasın. Amma o,qapının şüşə hissəsinə təpiklə vurub qırır. Xudaverdi adlı zərərçəkmiş satıcı dərhal hadisə ilə bağlı ''102-i'' xidmətinə məlumat verib. Hadisə yerinə Nizami rayon polis idarəsinin əməkdaşları gələrək baxış keçiriblər.

Əməliyyatçılar ətrafa baxış keçiriblər və naməlum şəxsə aid bəzi əşyaları tapıblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi başlanıb, həmin naməlum şəxsin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
36
xezerxeber.az

1Источники