RU

Sinner namizədlər siyahısında olmayacaq

“Laureus” Akademiyası bəyan edib ki, italiyalı tennisçi Yannik Sinner “İlin idmançısı” adına namizədlər siyahısında olmayacaq:

“Bu işi diqqətlə izləmişik, müvafiq beynəlxalq qurumların qərarlarından xəbərdarıq. Mövcud yüngülləşdirici amillərə baxmayaraq, hesab edirik ki, 3 aylığa cəzalandığına görə onun nominantlar sırasına düşməsi yolverilməzdi”.


“İlin idmançısı” adına namizədlərin siyahıı martın 3-də açıqlanacaq.

Xatırladaq ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) fevralın 15-də Sinnerlə dopinq işinin tənzimlənməsi ilə bağlı müqavilə imzaladığını açıqlayıb. İtaliyalı tennisçi mayın 4-nə qədər korta çıxa bilməz.
Избранный
10
football-plus.az

1Источники