RU

Bakının mərkəzində baş verən qəzada avtobusun sürücüsü sükan arxasında niyə olmayıb? VİDEO

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Xezerxeber.az-ın xəbərinə görə, görüntüdən aydın olur ki, hadisə Bayraq Meydanının yaxınlığında baş verib. Avtobus əsas yolla bulvar arasında olan arakəsməyə çırpılıb və asılı qalıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qəza baş verən anda avtobusda sürücü olmayıb.

Qəzaya uğrayan avtobus "Fidan" MMC-yə məxsusdur. İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub.

Müsabiqənin yaxın vaxtlarda keçiriləcəyi deyildi. Qeyd edək ki, qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı "Fidan" MMC ilə də əlaqə yaaratmağa çalışdıq, ancaq onların məsələyə aydınlıq gətirməyə vaxtı olmadığı deyildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
18
xezerxeber.az

1Источники