Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula-1 üzrə dünya çempionatındakı komanda sayı ilə bağlı qərar verib.
İdman.biz xəbər verir ki, 2026-cı il mövsümündən 11-ci komandanın iştirakı təsdiqlənib.
"Kadillak" Formula-1-də yarışmaq şansı qazanıb. FIA-nın açıqlamasında General Motors və TWG Motorsports şirkətlərinin sifariş ərizəsinin qəbul edildiyi bildirilib.
Qeyd edək edək ki, hazırda dünya çempionatında 10 komanda qələbə uğrunda yarışır.
İdman.biz