RU

Xocəsən-Biləcəri xəttində qəza olub:

Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, martın 8-də gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.

Избранный
78
12
senzor.az

10Источники