RU

Rəqibi xəstəxanalıq edən Roberts 6 oyunluq diskvalifikasiya olundu

İngiltərə Futbol Assosiasiyası (FA) "Milluol"un qapıçısı Liam Robertsi 6 oyunluq diskvalifikasiya edib.

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən qurumun mətbuat xidməti yayıb.

O, İngiltərə Kubokunun 1/8 final mərhələsinin oyununda - "Kristal Pelas"la matçda (1:3) Jan-Filipp Matetanın başına təpiklə vurduğuna görə cəzalandırılıb.

Qolkiperin bu hərəkətindən sonra rəqib hücumçu xəstəxanaya aparılıb və başına 25 tikiş qoyulub.

Qeyd edək ki, hazırda 45 xalı olan "Milluol" Çempionşipin turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.

Избранный
8
fanat.az

1Источники