Podolyak Ər-Riyadda Ukrayna və ABŞ arasında gələcək danışıqlar barədə danışıb
Vladimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak Ukrayna və ABŞ arasında Ər-Riyadda keçiriləcək gələcək danışıqların təfərrüatlarını açıqlayıb. Bu barədə RİA Novosti məlumat yayıb. Müşavirin sözlərinə görə, tərəflər nadir torpaq metalları üzrə sazişi, Rusiya ilə danışıqlar formatını, eləcə də Ukraynaya hərbi yardımla bağlı vəziyyəti müzakirə etməyi planlaşdırırlar. Podolyak həmçinin əlavə edib ki, Tramp və Zelenski administrasiyası hazırda gələcək görüşlə bağlı dialoq aparır.“Bu ikitərəfli proseslərdə üç əsas aspekti müzakirə etmək lazımdır - hələ yekunlaşmaq üzrə olan çərçivə sazişi, ikincisi hərbi yardım, üçüncüsü isə Rusiya ilə danışıqlar prosesinin formatının nə ola biləcəyi ilə bağlı əsas məsələ. Biz, Avropa və ABŞ arasında hansı mərhələlər ola bilər və mövqelər necə razılaşdırılacaq?”. Bundan əlavə, Podolyak Zelenskinin Amerika tərəfi ilə görüşdən əvvəl Səudiyyə Ərəbistanının nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırdığını da açıqlayıb.