RU

Kargo şirkətləri xaricdən alınan telefonların ölkəyə gətirilməsindən niyə imtina ediblər? VİDEO

Kargo şirkətləri xaricdən mobil telefonların ölkəyə gətirilməsindən kütləvi şəkildə imtina ediblər. Hətta bununla bağlı əksər kargo şirkətləri eyni anda sosial şəbəkə hesablarında paylaşımlar edərək, müştərilərini məlumatlandırıblar.

Xezerxeber.az xəbər verir ki, bəzi şirkətlər bunun rəhbərliyin qərarı olduğunu bildirsə də, bəziləri  səbəbi açıqlamadan, hazırda mobil telefon gətirməyin mümkün olmadığını deyir.

Kargo şirkətlərinin belə bir məhdudiyyət qoymasının səbəbini əvvəlcə özlərindən soruşduq.Onlar bu məsələ ilə bağlı nədənsə, danışmaq istəmədiklərini bildirdilər.

Elektron ticarət məsələləri üzrə ekspert Nicat Manafov deyir ki, kargo şirkətlərinin bəziləri mobil telefon daşımasına qoyulan məhdudiyyəti Amerika və Çin gömürüyündəki yoxlamalarla əlaqələndiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
17
2
xezerxeber.az

3Источники