Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Sibiqa “X” platformasındakı paylaşımda bildirib.
Tərəflər yaxınlaşan Ukrayna-ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşünü müzakirə ediblər.
“Ukrayna müharibənin sona çatmasını istəyir və ABŞ-nin liderliyi daimi sülhün əldə olunmasında vacibdir. Həmçinin, ikitərəfli əməkdaşlığımızı irəlilətmək yollarını müzakirə etdik”, - deyə XİN rəhbəri vurğulayıb.