RU

Murat Dikmen: “Hücumda zəif çıxış etdik”

"Ötən oyuna nisbətən bu gün müdafiədə daha aqressiv idik".

Apasport.az xəbər verir ki, bunu "Naxçıvan"ın baş məşqçisi Murat Dikmen deyib.

Mütəxəssis məğlubiyyətə görə təəssüf hissi keçirdiyini bildirib:

"Təəssüf ki, ardıcıl ikinci oyunumuzda da məğlub olduq. Ötən matça nisbətən bu gün müdafiədə daha aqressiv idik. 3 xallıq atışlarda çox aşağı faiz dərəcəsi ilə çıxış etdik. Komandanın ən yaxşı üçlük atan oyunçuları bu görüşdə çox yaxşı çıxış etmədilər. Bu hala görə hücumda zəif çıxış etdik. Rəqibimiz də bunu yaxşı dəyərləndirdi və zona müdafiəsinə keçdi. Son periodda işimiz daha da çətinləşdi. Bir ara yaxşı reaksiya göstərərək 15 xal geridən gelməyi bacardıq. Hətta 5 xal önə də keçdik. Daha sonra rəqibimiz zona müdafiəsinə keçdi və biz də uğurlu hücumlar edə bilmədik".

Qeyd edək ki, NTD - "Naxçıvan" qarşılaşması ikincilərin 78:85 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

ABL: NTD "Naxçıvan"a qarşı

“Quba”nın baş məşqçisi: “Başqa çıxış yolumuz yoxdur, mübarizə aparacağıq”

“Gəncə”nin baş məşqçisi: “Gəncə üçün ən yaxşısını etmək istəyirik”

“Quba” “Gəncə”ni məğlub etdi

“Ordu”nun baş məşqçisi: “Ciddi problemlər yaşadıq”

Избранный
29
1
apasport.az

2Источники