RU

Tramp “dərin dövlət”ə müharibə elan edib -

ABŞ Prezidenti Donald Tramp ölkəsində “dərin dövlət”i, yəni liberal qlobalistləri məhv etmək siyasətinə başlayıb. Metbuat.az xəbər verir ki, rusiyalı tanınmış politoloq Aleksandr Duqin belə açıqlama verib. O məqaləsində bildirib ki, Tramp “dərin dövlət”ə müharibə elan edib. Rus filosofun sözlərinə görə, Trampçılar “dərin dövlət”i məhv etmək siyasəti yürüdür. Liberal qlobalistlərin və Trampçıların ideologiyalarının fərqli prinsiplər üzərində qurulduğunu bildirən rus filosofun sözlərinə görə, Tramp seçki kampaniyası zamanı ənənəvi dəyərlərə sadiq qalacağına ifadə etmişdi. Aleksandr Duqin Trampın vəzifəyə gəldikdən sonra bu planlarını həyata keçirməyə başladığını qeyd edib.

Aleksandr Duqin Trampın yeni administrasiyada əsas vəzifələrə sadiq tərəfdarlarını təyin etməsini xatırladıb. Duqinin sözlərinə görə, Tramp çox qüdrətli hakimiyyət orqanlarından fövqəladə dəstək aldıqdan sonra belə radikal addımlar ata bilib, çünki o, prezident seçilməzdən əvvəl ABŞ-ni idarə edən qlobalistlər nəinki ölkədə, həm də dünyada böyük təsirə malik idilər və onlar siyasət, iqtisadiyyat, media, diplomatiya, mədəniyyət və incəsənət sahələrində vəziyyətə tam nəzarət edirdilər.

Избранный
21
metbuat.az

1Источники