RU

Təkliflərin ardı-arası kəsilmir -

“Real Madrid”in futbolçusu Arda Güler üçün yeni klublar hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "Leypsiq" və "Ayntraxt" da Ardanı transfer etmək istəyir. Məlumata görə, klublar futbolçunu icarə əsasında mövsümün sonunda heyətinə cəlb etmək istəyir. Bildirilir ki, bundan əvvəl Arda üçün Almaniyanın digər klubları və İngiltərə klubları maraq göstərib. İddialara görə, “Real”da əsas heyətə düşməkdə çətinlik çəkən Arda bu təklifləri nəzərdən keçirə bilər.

Qeyd edək ki, “Real Madrid”in Arda Güler və Endriki icarəyə göndərməyi nəzərdən keçirdiyi barədə xəbərlər dərc edilmişdi. “Sport Bild”də yer alan xəbərə görə, “Real Madrid” gənc futbolçuları Bundesliqa klublarına icarəyə verməyə razıdır. “Real” futbolçuların daha çox oyun şansı əldə edərək, təcrübə qazanmasını istəyir.

Избранный
87
8
metbuat.az

10Источники